REMAX-DAN EKSKLYUZİV TƏKLİF
Ümumi sahəsi 130 kv.m olan, memarlıq layihəli binanın 1-ci və 2-ci mərtəbələrində yerləşən kommersiya sahəsi satışa təklif olunur. Obyekt İzmir parkının yaxınlığında, “Hyatt Regency” oteli ilə üzbəüz yerləşir. Hazırda gözəllik salonu kimi fəaliyyət göstərir və tam hazır biznesdir. Bütün daxili avadanlıqlar qalacaq, əlavə investisiya tələb olunmur. Obyekt nüfuzlu və gediş-gəlişli ərazidə yerləşir. İstəkdən asılı olaraq, ayda 3,000–4,000 AZN məbləğində icarəyə verilə bilər ki, bu da mülkü yüksək gəlirli investisiya seçiminə çevirir.