Mənzil “Caspian Hospital”ın arxasında, yeni tikili 6 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Qanuni 3 otaqlı olan mənzil, 4 otaqlıya düzəldilmişdir və ümumi sahəsi 144 kv.m-dir. Mülk tam əşyalı satılır, yüksək keyfiyyətli materiallarla və nəfis zövqlə təmir olunmuşdur. Mənzildə 2 sanitar qovşağı mövcuddur. Dəhliz isti döşəmə sistemi ilə təchiz olunub, döşəmə və daxili interyerin əsas elementləri isə mərmər ilə işlənmişdir. Otaqlar geniş və işıqlıdır, panoramik mənzərəyə malikdir. Mənzil tam yaşayışa hazır vəziyyətdədir.