RE/MAX-DAN EKSKLÜZİV TƏKLİF
Mərdəkanda, “Qoşa Qala” restoranının yaxınlığında 2 mərtəbəli VİLLA satışa təklif olunur. Prestijli və sakit ərazidə yerləşən bu möhtəşəm villa həm daimi yaşayış, həm də bağ evi üçün ideal seçimdir.
Villada 6 otaq, 4 sanitar qovşağı və 2 qarderob otağı mövcuddur. Tam əşyalı olan bu evdə camaşırxana, qapalı hovuz, manqal zonası və söhbətgah (besedka) var. Geniş və abadlaşdırılmış həyət, qaraj, ayrıca mühafizə evi, xüsusi ozon su təmizləmə sistemi və müasir istilik sistemi villanın konfortunu daha da artırır.
Əlavə olaraq, mansard mərtəbəsi mövcuddur və istəyinizə uyğun olaraq stadion və ya idman meydançası tikmək üçün potensial sahə var.