REMAX-DAN EKSKLYUZİV TƏKLİF
Port Baku yaxınlığında, şəhərin ən nüfuzlu və biznes üçün əlverişli ərazilərindən birində, “Tac Residence”-də KOMMERSİYA DAŞINMAZ ƏMLAKI SATILIR.
Ümumi sahəsi 264 m² olan mülk 3-cü mərtəbədə yerləşir və tam təmirlidir.
Eyvan sahəsi ümumi kvadrata daxil deyil və hər bir otağın eyvana ayrıca çıxışı var ki, bu da məkana əlavə rahatlıq və funksionallıq qazandırır.
Planlaşdırma olduqca səmərəlidir: burada qəbul otağı (reception), rəhbər kabineti, müavin otağı, iclas zalı, açıq iş sahəsi (open-plan), mətbəx və sanitar qovşaqlar mövcuddur.
“Holiday Inn”, “JW Marriott Absheron” otelləri və Dəniz Vağzalına yaxınlığı mülkün həm biznes fəaliyyəti, həm də investisiya baxımından dəyərini daha da artırır.